Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci böyükhesablı qələbəsini qazanıb
“Araz-Naxçıvan” Çempionlar Liqasında ikinci böyükhesablı qələbəsini qazanıb24-08-2023, 17:10 |
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi “Yan Reqensburq”u 5:0 hesabı ilə üstələyib. Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcəklər. UEFA Çempionlar Liqası İlkin seçmə mərhələ A qrupu, II tur 24 avqust 15:00. “Yan Reqensburq” (Almaniya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 0:5 Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13 Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya) Timekeeper: Kiazo Leladze (Latviya) Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna) UEFA nümayəndəsi: Massimo Nanni (San Marino) Salaspils. Salaspils İdman Arenası. Geri qayıt |