Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan”ın baş məşqçisi: “İlk oyunlar hər zaman ağır olur”

“Araz-Naxçıvan”ın baş məşqçisi: “İlk oyunlar hər zaman ağır olur”


23-08-2023, 17:10


“İlk oyunlar hər zaman ağır olur”.

BrendSport.az
xəbər verir ki, bunu UEFA Çempionlar Liqasında keçirdiyi ilk oyunda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni məğlub edən “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis 9:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ilk yarısında bir qədər əsəbilik hiss olunduğunu bildirib: “Bu da başadüşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. Fasilədən sonra isə daha yaxşı oynadıq ki, bu da hesabda əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı təbrik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a (Almaniya) qarşı keçirəcək.
Geri qayıt