Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq

“Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq


23-08-2023, 10:50


“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ilk oyununa çıxacaq.

Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qrupun digər matçında Almaniya klubu “Yan Reqensburq”la Latviya “Riqa”sı (20:00) üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ

A qrupu, I tur
23 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə)
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.
Geri qayıt