Əsas Səhifə > Maraq > Bakıda çempion olan idmançı: "Bu, ilk qızıl medalımdır"
Bakıda çempion olan idmançı: "Bu, ilk qızıl medalımdır"21-08-2023, 21:00 |
“Bu, mənim ilk qızıl medalımdır və ilk dəfə olimpiadada iştirak edəcəyəm". BrendSport.az xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 50 metr məsafəyə 3 mövqedən atəş açmada qızıl medal qazanan Çin təmsilçisi Qiongyu Janq deyib. 19 yaşlı idmançı Azərbaycana gəldiyinə görə şad olduğunu söyləyib: "Bizim uğur qazanmağımızın sirri bundadır ki, komanda olaraq həmrəy oluruq. Hamımız birlikdə səylə çalışırıq və uğur qazanacağımıza inanırıq. Bu ölkəni çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi də möhtəşəmdir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət təsir edir”. Janq Bakıda qazandığı qızıl medalın bir ay sonra vətənində keçiriləcək Asiya Oyunlarındakı çıxışına təsir edəcəyini də xüsusi vurğulayıb. Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir. Geri qayıt |