Əsas Səhifə > Maraq > İngiltərə Premyer Liqası: “Liverpul” azlıqda “Bornmut”dan üstün olub

İngiltərə Premyer Liqası: “Liverpul” azlıqda “Bornmut”dan üstün olub


19-08-2023, 20:05


İngiltərə Premyer Liqasının ikinci turunun matçında “Liverpul” doğma meydanda “Bornmut”u qəbul edib.

BrendSport.az
xəbər verir ki, qarşılaşma “Enfild” stadionunda baş tutub.

Oyunun ilk dəqiqələri qonaqların hücumları ilə başlayıb. Belə ki, oyunun elə birinci dəqiqəsində “Bornmut”un futbolçuları topu rəqib qapısına göndərə bilsələr də, ofsayd səbəbindən qol qeydə alınmayıb. Bununla belə, cəmi 2 dəqiqə sonra “albalılar” hesabı açmağa nail olublar. Solankenin ötürməsindən sonra Semenyo dəqiq zərbə ilə qapıçı Alissonu məyus edib. Oyunun 28-ci dəqiqəsində “qırmızılar”ın vingeri Luis Dias “qayçı” zərbəsi ilə hesabı bərabərləşdirib. 8 dəqiqə sonra isə Mersisayd təmsilçisi hesabda irəli çıxıb: misirli hücumçu Məhəmməd Salah penaltini qola çevirə bilməsə də, qapıçıdan qayıdan topu tora göndərə bilib – 2:1. Matçın 58-ci dəqiqəsində ev sahiblərinin yarımmüdafiəçisi Makalister qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bununla belə, bu, “qırmızılar”ı dayandırmayıb: 62-ci dəqiqədə Dioqo Jota qolu hesabdakı fərqi ikiyə çatdırıb. Bu qol oyundakı yekun hesabı müəyyənləşdirib – 3:1.

Beləliklə, 2 oyundan sonra “Liverpul”un aktivində 4 xal var. “Qırmızılar” daha öncə “Çelsi” ilə qarşılaşıblar – 1:1.

“Bornmut” isə ötən tur “Vest Hem”lə heç-heçəyə razılaşıb – 1:1.
Geri qayıt