Əsas Səhifə > Maraq > Dünya çempionu: "Qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm"

Dünya çempionu: "Qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm"


17-08-2023, 19:45


"Qalib olduğum üçün özümü xoşbəxt hiss edirəm".

BrendSport.az
xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının fərdi yarışında qızıl medal əldə edən Çinin qadın idmançısı Yianq Ranxin deyib.

O, bütün rəqiblərinin güclü olduğunu bildirib: "Gümüş medal qazanan Anna Korakaki də turnirə çox ciddi hazırlaşmışdı. Finala yaxşı konsentrasiya olmuşdu və digər rəqiblərə fikir vermirdi. Niyə həm kişilərin, həm də qadınların mübarizəsində qalib gəlirik? Çünki həqiqətən əlimizdən gələni edirik ki, qatıldığımız yarışlarda birinci olaq. Bunun sirri əzmlə çalışmaq və soyuqqanlılığı qoruyaraq qalib olmaqdır”.

Macarıstan komandasının heyətində gümüş medala yiyələnən Rahel Sara Fabian təşkilatçılıqdan məmnunluğunu dilə gətirib, gümüş medalın onlar üçün gözlənilməz olmadığını deyib: “Ümumiyyətlə, çempionat gözəl təşkil olunub. Mərkəzə gəlib-getmək çox rahatdır. Hər şey əladır. Xüsusilə atış meydançaları çox gözəldir. Mən 10 metr məsafəyə atışı çox xoşlayıram. Final yarışının keçirildiyi zal çox möhtəşəm idi. Bizim komanda həm Avropada, həm də dünyada çox güclüdür, iddialılardan biri hesab olunur. Komanda yoldaşım Veronika Mayor dünya səviyyəsində uğurlu idmançılardan biridir. Biz bu uğuru gözləyirdik, təəccüblü olmadı”.
Geri qayıt