Əsas Səhifə > Maraq > ABŞ-dan olan daha bir basketbolçu Azərbaycan millisinə cəlb olunur
ABŞ-dan olan daha bir basketbolçu Azərbaycan millisinə cəlb olunur17-08-2023, 10:30 |
Serbiyanın "Partizan" klubunun basketbolçusu Zak Ledey Azərbaycan millisində çıxış edəcək. BrendSport.az xəbər verir ki, bu barədə "Basketnews" nəşri iddia irəli sürüb. ABŞ-dan olan 29 yaşlı oyunçunun Azərbaycan pasportu alacağı gözlənilir. Daha əvvəl "Monako"dan Donta Hollun da tezliklə yığmaya cəlb olunacağı bildirilmişdi. Onların 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinə qədər yığmaya cəlb olunacağı gözlənilir. Bu raundda qrupun ilk oyunları 2024-cü il 19-27 fevralda keçiriləcək. Qeyd edək ki, Zak Ledey 2021-ci ildən "Partizan"ın uğurları üçün çalışır. Geri qayıt |