Əsas Səhifə > Maraq > Qadınlar arasında dünya çempionatında ikinci finalçı müəyyənləşib

Qadınlar arasında dünya çempionatında ikinci finalçı müəyyənləşib


16-08-2023, 16:20


Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

BrendSport.az
xəbər verir ki, yarımfinalda Avstraliyanı 3:1 hesabı ilə üstələyən İngiltərə millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Komandanın qollarını 36-cı dəqiqədə Ella Tun, 71-ci dəqiqədə Lauren Hemp, 86-cı dəqiqədə Alessia Russo vurub. Avstraliyanın heyətində isə 63-cü dəqiqədə Samanta Kerr fərqlənib.

İngiltərə yığması avqustun 20-də həlledici oyunda İspaniya ilə üz-üzə gələcək. Avqustun 19-da isə Avstraliya üçüncü yer uğrunda matçda İsveçlə görüşəcək.
Geri qayıt