Əsas Səhifə > Maraq > Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər

Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər


15-08-2023, 12:00


Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı avrokubokların III təsnifat mərhələsində keçirəcəkləri səfər oyununda dəstəkləyəcəklər.

BrendSport.az
xəbər verir ki, “Qarabağ” UEFA Avropa Liqasında HİK-lə Finlandiyada, “Neftçi” UEFA Konfrans Liqasında “Beşiktaş”la Türkiyədə, “Sabah” isə eyni turnir çərçivəsində “Partizan”la Serbiyadakı görüşdə dəstəksiz qalmayacaq.

Klubların hər birinə bununla bağlı müraciət daxil olub. Finlandiya və Serbiyada yaşayan azərbaycanlılar müvafiq olaraq “Qarabağ”la “Sabah”ın oyunu zamanı tribunalardakı yerlərini tutacaqlar. “Neftçi”ni dəstəkləyənlər arasında isə həm Azərbaycandan gedənlər, həm də Türkiyədə yaşayanlar olacaq.

Qaydalara görə, avrokubok oyunu zamanı səfər komandasının azarkeşlərinə stadionun tutumunun 5 faizi ayrılır. Avqustun 17-də “Qarabağ” Helsinki Olimpiya Stadionunda (36251 tamaşaçı tutumu) HİK-in, “Neftçi” “Beşiktaş” stadionunda (42590) “Beşiktaş”ın, “Sabah” isə “Partizan” stadionunda (29775) “Partizan”ın qonağı olacaq.

Qeyd edək ki, Bakıda baş tutan ilk matçlarda “Qarabağ” (2:1) və “Sabah” (2:0) qələbə qazanıb, “Neftçi” (1:3) məğlub olub.
Geri qayıt