Əsas Səhifə > Maraq > Kriştiano Ronaldunun Klubu Ərəbistan kubokunun sahibi olub.

Kriştiano Ronaldunun Klubu Ərəbistan kubokunun sahibi olub.


12-08-2023, 22:05


Kriştiano Ronaldunun klubu olan Əl Nəssr kobokun sahibi olub. Rəqib olan Əl Hilal klubu isə məğlub olub.

BrendSport.az
xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00 da başlayıb. İlk hissədə heç bir komanda fərqlənməyib. İkinci Hissədə isə Əl Hilal klubunun sağ cinah hücumçusu Mişel 51 dəqiqədə klubuna üstünlük sağlayıb.

Matçın 74-cü dəqiqəsində isə Kriştiano Ronaldu fərqlənib. Hesab 1-1. Daha sonra Əl Hilal klubunun futbolçuları nə qədər qol vurmağa çalışsalar da hamısı boşa çıxır.Matçın 71-ci dəqiqəsində isə Əbdüləlah Əl-əmri qırmızı kart alaraq oyundan atılıb.

98 dəqiqədə isə yenidən Kriştiano Ronaldu qol vuraraq komandasını önə çıxarıb. HESAB 2-1. İrərləyən dəqiqələrdə Əl Nəssr klubunun baş məşqçisi qırmızı kart alaraq texniki zonadan kənarlaşdırılıb.

Oyunun 112-ci dəqiqəsində isə Kolubali Kriştiano Ronaldunu zədələyir. Kapitan olan Kriştiano Ronaldu oyunu tərk edib. Oyunun qurtarmasına 8 dəqiqə qalsada hər iki klub fərqlənmib. Əl Nəssr klubu Ərəbistan kubokunun qalibi oldu.
Geri qayıt