Əsas Səhifə > Maraq > Stolüstü tennisçilərimizin Çin toplanışı davam edir
Stolüstü tennisçilərimizin Çin toplanışı davam edir12-08-2023, 16:30 |
Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova Çin Xalq Respublikasının Hebey əyalətinin Jenqdinq şəhərində hazırlığı davam etdirir. BrendSport.az xəbər verir ki, onlar avqustun 4-dən etibarən sentyabrın 10-dək məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq təlim-məşq toplanışındadırlar. “Zhengdig National Table tennis Center”də keçirilən toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır. Məşqçi Səbinə Əzizlinin sözlərinə görə toplanış yüksək səviyyədə keçirilir: “ Budəfəki hazırlıq prosesində bizim idmançılarla yanaşı Filippin, Rusiya və Kolumbiya stolüstü tennisçiləri də iştirak edirlər. Onlar daha çox fiziki hazırlıqları ilə diqqət çəkirlər. İdmançılarımız üçün uyğunlaşma prosesi uzun sürmədi. Demək olar ki, bir həftədən sonra onlarla ayaqlaşa bildilər. İndi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirilər. Gündə hərəsi 3 saat olmaqla iki dəfə məşq edirlər. Bu cür toplanışlar stolüstü tennisçilərimizin ustalığının artırılması baxımından çox əhəmiyyətlidir”. Qeyd edək ki, daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşq toplanışındadır. Geri qayıt |