Əsas Səhifə > Maraq > Harri Keyn "Tottenhem"i "Bavariya"ya dəyişib
Harri Keyn "Tottenhem"i "Bavariya"ya dəyişib12-08-2023, 12:20 |
İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın "Bavariya" komandasına keçib. BrendSport.az xəbər verir ki, 30 yaşlı hücumçu transferini sosial şəbəkə hesabı vasitəsilə elan edib. "Tottenhem"dən ayrıldığını açıqlayan təcrübəli forvard Münhen təmsilçisi ilə müqavilə imzalayıb. Qeyd edək ki, London klubunun yetirməsi olan Harri Keyn müxtəlif vaxtlarda ölkəsinin "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" komandalarında da çıxış edib. O, son 10 ili "Tottenhem"in əsas komandasında keçirib. Geri qayıt |