Əsas Səhifə > Maraq > "Beşiktaş" Azərbaycan millisinin sabiq futbolçusunu "Şerif"ə icarəyə verib
"Beşiktaş" Azərbaycan millisinin sabiq futbolçusunu "Şerif"ə icarəyə verib11-08-2023, 18:00 |
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı futbolçusu Berkay Vardarı icarəyə verib. BrendSport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi qarşıdakı 2 mövsümü Moldova "Şerif"ində keçirəcək. Gənc oyunçu 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirib. Bir il sonra isə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçında meydana çıxıb. Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilmiş ilk oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 17-də İstanbulda baş tutacaq. Geri qayıt |