Əsas Səhifə > Maraq > “Sabah”ın rəqibinin stadion problemi həllini tapıb

“Sabah”ın rəqibinin stadion problemi həllini tapıb


11-08-2023, 11:15


“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Serbiyanın “Partizan” klubunun stadion problemi həllini tapıb.

BrendSport.az
xəbər verir ki, Belqrad təmsilçisinin ev oyunlarını keçirdiyi “Partizan” stadionunda elektrik enerjisi bərpa olunub.

Arenanın projektorları, eyni zamanda, paltardəyişmə otaqları artıq işıqlandırılır. Klub avqustun 13-də Serbiya çempionatının III turu çərçivəsində “Radniçki”ni doğma məkanında qəbul etməyə hazırdır. “Partizan”ın “Sabah”la cavab qarşılaşması da həmin stadionda baş tutacaq.

Qeyd edək ki, ötən gün Bakıda keçirilən ilk görüşdə “Sabah” “Partizan”ı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında Belqraddakı cavab matçı avqustun 17-də təşkil olunacaq.
Geri qayıt