Əsas Səhifə > Maraq > “Partizan”ın qapıçısı: “Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”
“Partizan”ın qapıçısı: “Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”11-08-2023, 11:00 |
“Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”. BrendSport.az xəbər verir ki, bunu Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandr Yovanoviç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirilən ilk görüş barədə danışarkən deyib. 31 yaşlı qapıçı “Bank Respublika Arena”da 0:2 hesabı ilə uduzmalarına baxmayaraq, növbəti raunda çıxacaqlarına inanır: “Belqraddakı görüşün ilk 20 dəqiqəsində qol vursaq, mübarizəyə qayıdacağıq. Bakıda buraxılan ikinci qola görə təəssüf hissi keçirirəm. Ancaq yenə də mərhələ adlayacağımıza inanıram. Bu temperaturda oynamaq asan deyildi. Düzdür, bunu bəhanə etmirəm. Ancaq insanlar belə havada mübarizə aparmağın necə ağır olduğunu bilmirlər. Əvvəllər Kiprdə bu cür istidə çıxış etmişdim, çox çətin idi”. 69-cu dəqiqədə Aleksey İsayevin penalti zərbəsini dəf edən Serbiya millisinin üzvü fərdi uğurun onun üçün vacib olmadığını söyləyib: “Komandaya kömək etməyə çalışıram. İndi kifayət qədər təcrübəliyəm. Bəzi fərdi uğurlar məni qane etmir. Daha çox komanda şəklində nailiyyətlərə üstünlük verirəm. “Partizan”a gəlməyimin səbəbi də budur”. Qeyd edək ki, avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Geri qayıt |