Əsas Səhifə > Maraq > Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatında medal qazanıb


9-08-2023, 14:15


Azərbaycanın daha iki paracüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

BrendSport.az
xəbər verir ki, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub, Dürsədəf Kərimova (+70 kq) isə gümüş mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.
Geri qayıt