Əsas Səhifə > Maraq > “Barselona” ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıb

“Barselona” ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıb


9-08-2023, 09:00


İspaniyanın “Barselona” klubu ardıcıl 11-ci dəfə “Qamper Kuboku”nu qazanıb.

BrendSport.az
xəbər verir ki, kataloniyalılar İngiltərə təmsilçisi “Tottenhem”i 4:2 hesabı ilə məğlub ediblər.

Barselonadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin heyətində Robert Levandovski (3-cü dəqiqə), Ferran Torres (81), Ansu Fati (90) və Abde Ezzalzoli (90+3) fərqləniblər. Olivye Skippin dublu (24, 36) londonlulara kömək olmayıb.

“Barselona” “Qamper Kuboku”nda sonuncu dəfə 2012-ci ildə İtaliya klubu “Sampdoriya” ilə görüşdə məğlub olub.

Ümumilikdə 58-ci dəfə təşkil olunan yarışın 46-da “Barselona” kuboku muzeyinə aparıb.
Geri qayıt