Əsas Səhifə > Maraq > Serbiya klubu "Sabah"la oyundan öncə heyətini gücləndirib

Serbiya klubu "Sabah"la oyundan öncə heyətini gücləndirib


8-08-2023, 21:30


"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ı heyətini gücləndirib.

BrendSport.az
xəbər verir ki, Belqrad təmsilçisi gənclər komandasından 18 yaşlı futbolçu Boqdan Mirçetiçlə peşəkar müqavilə imzalayıb. Hücumameyilli yarımmüdafiəçi 3 illik sözləşməyə qol çəkib.

O, ötən mövsüm öz komandası ilə gənclər liqasının qalibi olub.

Qeyd edək ki, "Sabah" və "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda olacaq.
Geri qayıt