Əsas Səhifə > Maraq > İran olimpiadadan kənarlaşdırıla bilər

İran olimpiadadan kənarlaşdırıla bilər


8-08-2023, 18:00


İran idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.

BrendSport.az
xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) bununla bağlı xəbərdarlıq edib.

BOK İranda insan haqlarının pozulması hallarının davam edəcəyi təqdirdə, yerli idmançıların yarışda iştirakına qadağa qoymağa hazırlaşır. Bildirilib ki, ölkədə etirazçılarla hökumət arasında yaşanan gərginlik zamanı idmançılar İran rejiminin hədəfinə çevriliblər.

Qeyd edək ki, Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə təşkil olunacaq.
Geri qayıt