Əsas Səhifə > Maraq > “Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib
“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib7-08-2023, 12:00 |
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək. Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq. “Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri: “Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi. “Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi. “Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi. Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu. Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu. Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Geri qayıt |