Əsas Səhifə > Maraq > "Arsenal" İngiltərə Super Kubokunun qalibi olub
"Arsenal" İngiltərə Super Kubokunun qalibi olub6-08-2023, 21:20 |
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub. BrendSport.az xəbər verir ki, həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə "şəhərlilər"dən Koul Palmer vurub. "Topçular" 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər. Qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb. Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub. Geri qayıt |