Əsas Səhifə > Maraq > Avropa çempionatı: Azərbaycanın həndbol yığması ilk oyununda məğlub olub
Avropa çempionatı: Azərbaycanın həndbol yığması ilk oyununda məğlub olub5-08-2023, 21:10 |
17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil edilən Avropa çempionatında ilk oyununu keçirib. BrendSport.az xəbər verir ki, U-17 mübarizəyə Gürcüstana qarşı görüşlə start verib. Bakı İdman Sarayında baş tutan qarşılaşmada qonaq komanda üstün olub. Görüş Gürcüstan seçməsinin 39:13 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin yer aldığı A qrupunun digər oyununda Sloveniya seçməsi Bosniya və Herseqovinaya 41:27 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Azərbaycan yığması qrupda ikinci oyununu avqustun 6-da Sloveniyaya qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Geri qayıt |