Əsas Səhifə > Maraq > “Neftçi”nin futbolçusu zədə səbəbindən “Beşiktaş”la ilk oyunu buraxacaq
“Neftçi”nin futbolçusu zədə səbəbindən “Beşiktaş”la ilk oyunu buraxacaq5-08-2023, 16:30 |
“Neftçi”nin futbolçusu Azər Əliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək ilk oyunu buraxacaq. BrendSport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”a qarşı keçirilən II raundun cavab matçında zədələnən müdafiəçinin bağlarında gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunub. Dirsək oynağından müalicə alan 29 yaşlı oyunçunun qolu təxminən 7-10 gün sarğıda qalacaq. O, ağrıları tam azaldıqdan sonra fərdi məşqlərə başlayacaq. Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək. Geri qayıt |