Əsas Səhifə > Maraq > “Çelsi” İspaniya millisinin qapıçısını 20 milyon avroya transfer edib

“Çelsi” İspaniya millisinin qapıçısını 20 milyon avroya transfer edib


5-08-2023, 14:10


İngiltərənin “Çelsi” klubu 20 milyon avroya qapıçı transfer edib.

BrendSport.az
xəbər verir ki, İngiltərənin digər təmsilçisi “Brayton”un üzvü Robert Sançes heyətə cəlb olunub.

25 yaşlı futbolçu “zadəganlar”la 7 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvü uğurlu çıxış edərsə, “Brayton” daha 5 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, Robert Sançes 2022/2023 mövsümündə “Brayton”un heyətində 25 oyuna çıxıb, 30 qol buraxıb. O, 2021-ci ildən İspaniya yığmasına çağırılır.
Geri qayıt