Əsas Səhifə > Maraq > Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub


1-08-2023, 20:30


Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Zaur Beslekoyevlə (AİN) görüşüb.

Rəqibinə 1:5 hesabı ilə uduzan Əhmədli gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın daha iki yunan-Roma güləşçisi avqustun 2-də qızıl medal uğrunda mübarizə aparacaq.
Geri qayıt