Əsas Səhifə > Maraq > "Rakuv"un baş məşqçisi: "Eyni gücə malik iki komanda qarşılaşacaq"
"Rakuv"un baş məşqçisi: "Eyni gücə malik iki komanda qarşılaşacaq"1-08-2023, 18:38 |
“Eyni gücə malik iki komanda qarşılaşacaq". BrendSport.az xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. 33 yaşlı mütəxəssis ilk matçda qazanılan 3:2 hesablı üstünlüyü qorumaq istədiklərini söyləyib: “Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda "Qarabağ"la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. "Rakuv"un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq. Bu cür çətin oyunları artıq keçirmişik və bilirik ki, bizi nə gözləyir. Təzyiqə də hazırıq". Baş məşqçi penaltilər seriyasına da hazır olduqlarını sözlərinə əlavə edib: “Çempionlar Liqasının bütün mərhələlərində olduğu kimi, sabahkı matçda da penaltilərə hazırıq. Bu matça kompleks şəkildə hazırlaşırıq. Penalti seriyası zamanı isə qapıçının çıxışından çox şey asılı olacaq”. Gənc mütəxəssis “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib: “Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”. Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək matç saat 20:00-da start götürəcək. Geri qayıt |