Əsas Səhifə > Maraq > "Qalatasaray" Mauro İkardini birdəfəlik transfer edib

"Qalatasaray" Mauro İkardini birdəfəlik transfer edib


28-07-2023, 20:30


Türkiyə "Qalatasaray"ı Argentina millisinin futbolçusu Mauro İkardini birdəfəlik transfer edib.

BrendSport.az
xəbər verir ki, "sarı-qırmızılılar" 30 yaşlı hücumçunun keçidi üçün Fransanın PSJ komandası ilə anlaşıb.

İstanbula gələn təcrübəli forvardla tezliklə rəsmi müqavilə imzalanacaq. "Cim-Bom" ulduz futbolçu üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, meydana çıxdığı 24 matçda 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt