Əsas Səhifə > Maraq > PSJ rəhbərliyi Markinosu Mbappeyə verdiyi dəstəyə görə sata bilər
PSJ rəhbərliyi Markinosu Mbappeyə verdiyi dəstəyə görə sata bilər28-07-2023, 08:00 |
Fransanın PSJ futbol komandası kapitanı Markinosu hücumçu Kilian Mbappeni dəstəklədiyi üçün sata bilər. BrendSport.az xəbər verir ki, bu barədə SPORTS ZONE tviterdə məlumat yayıb. Marquinos müsahibəsində Mbappeni müstəsna futbolçu adlandırıb və qeyd edib ki, onun klubda qalmasını istəyir. Klub rəhbərliyinin bu sözlərə görə Markinosa qəzəbləndiyi qeyd edilir. İndi PSJ-yə uyğun müdafiəçi transferi təklifi gəlsə, futbolçunu klubda saxlamayacaq. Markinos 2013-cü ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir. O, ötən mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” oyunçunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir. Geri qayıt |