Əsas Səhifə > Maraq > Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu bombardirlik yarışına başçılıq edir

Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu bombardirlik yarışına başçılıq edir


27-07-2023, 18:00


"Qarabağ"ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlik yarışına başçılıq edir.

BrendSport.az
xəbər verir ki, aktivində 4 qolu olan albaniyalı hücumçu ən sərrast oyunçuların siyahısında birincidir.

25 yaşlı futbolçu I raundda Cəbəllütariq "Linkoln"unun, II təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına 2 dəfə yol tapıb.

İslandiya "Breydablik"indən Hösküldür Günleqsson, İsrailin "Makkabi" (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya "Slovan"ından Vladimir Vayss və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Luka İvanuşets hərəyə 3 qolla 2-5-ci yerləri bölüşdürürlər.

"Qarabağ" isə bu mövsüm ÇL-də ən çox qol vuran ikinci komandadır - 8. "Köhlən atlar" bu göstəricidə yalnız "Breydablik"dən (10 qol) geri qalır.

Qeyd edək ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk oyununda Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Geri qayıt