Əsas Səhifə > Maraq > “Jelezniçar”ın 5 futbolçusu “Neftçi” ilə oyunu buraxa bilər
“Jelezniçar”ın 5 futbolçusu “Neftçi” ilə oyunu buraxa bilər27-07-2023, 14:45 |
Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun 5 futbolçusu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək ilk oyunu buraxa bilər. BrendSport.az xəbər verir ki, bu barədə Sarayevo təmsilçisinin baş məşqçisi Nermin Başiç məlumat verib. Onun sözlərinə görə, zədəlilərdən ikisinin meydana çıxmayacağı artıq dəqiqləşib. Bunlar yarımmüdafiəçilər Semir Ştiliç və Edin Rustemoviçdir. Müdafiəçilər İrfan Yaşareviç, Edin Kokaliç və yarımmüdafiəçi Hamza Qasalın isə iştirakı sual altındadır. Qeyd edək ki, “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Geri qayıt |