Əsas Səhifə > Maraq > “Rakuv”un baş məşqçisi: “Qarabağ” 10 dəqiqə ərzində yaxşı şanslar yaratdı”

“Rakuv”un baş məşqçisi: “Qarabağ” 10 dəqiqə ərzində yaxşı şanslar yaratdı”


27-07-2023, 10:20


“Qarabağ” 10 dəqiqə ərzində, yəni, 70-80-ci dəqiqələrdə yaxşı şanslar yaratdı”.

BrendSport.az
xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.

33 yaşlı mütəxəssis müdafiədə diqqətli oynamalarının həlledici olduğunu düşünür: “Qarabağ”la qarşılaşmada ən önəmli məqam müdafiədə oyunun təşkili idi. Bu da əksər vaxtlarda uğurlu alındı. Oyun gözlədiyimiz kimi keçdi. Rəqibin meydanın bizə aid hissəsində oyun qurmasının qarşısını almaq üçün xüsusilə irəlidə müdafiə olunmaq vacib idi. Əsasən də, birinci hissədə bu, bizdə yaxşı alındı. Fasilədən sonra da mübarizə yaxşı getdi. Təbii ki, qol buraxdığımız iki epizodu və rəqibin şanslar yaratdığı bir neçə məqamı nəzərə almasaq”.

Onun fikrincə, buraxılan ikinci qolda fərdi səhvlərə yol veriblər: “İki yaxşı komanda üz-üzə gəlirdi. Bizim öz tempimiz var və sadəcə bunu tətbiq etmək lazım idi. Buraxılan ikinci qolda düzgün mövqelərdə yer ala bilərdik. Buna baxmayaraq, futbolçuların matçdakı çətin vəziyyətləri idarə etmələrindən çox razıyam. Bu səviyyədə komandalarla belə epizodlarda necə cavab verməli olduğumuzu bilməliyik”.

Baş məşqçi bir neçə gün əvvəl transfer edilən almaniyalı futbolçu Sonni Kittelin 81-ci dəqiqədə meydana daxil olaraq, sona yaxın qələbə qolunu vurmasını da dəyərləndirib: “Mən qumarbaz deyiləm, heç vaxt hər şeyi ortaya qoymuram. Kittelin meydana çıxması planda var idi. Nəticə bizi qane etmirdi və Sonnini mübarizəyə qoşdum. O, debüt matçında yüksək keyfiyyət sərgilədi. Sonni meydana çıxanda onun şans yaradacağına inanırdıq”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Geri qayıt