Əsas Səhifə > Maraq > “Omoniya”nın 3 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

“Omoniya”nın 3 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq


26-07-2023, 10:00


Kiprin “Omoniya” klubunun 3 futbolçusu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə ilk oyunu buraxacaq.

BrendSport.az
xəbər verir ki, müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviç Qəbələdəki görüşdə iştirak etməyəcəklər.

Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün bu gün Azərbaycana yollanacaq heyətdə yer almayacaqlar.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” oyunu saat 20:00-da başlayacaq.
Geri qayıt