Əsas Səhifə > Maraq > “Rakuv”un müdafiəçisi “Qarabağ”la oyununu buraxacaq
“Rakuv”un müdafiəçisi “Qarabağ”la oyununu buraxacaq25-07-2023, 15:10 |
Polşanın “Rakuv” klubunun futbolçusu Milan Rundiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu buraxacaq. BrendSport.az xəbər verir ki, bunu Çenstoxova təmsilçisinin baş məşqçisi David Şvarqa deyib. O bildirib ki, serbiyalı mərkəz müdafiəçisi hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən 31 yaşlı oyunçu “Miejski” stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək. Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Geri qayıt |