Əsas Səhifə > Maraq > Konfrans Liqası: Türkiyə klublarının mümkün rəqibləri bəlli olub

Konfrans Liqası: Türkiyə klublarının mümkün rəqibləri bəlli olub


24-07-2023, 16:30


Türkiyə klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, "Beşiktaş" Albaniya "Tirana"sını keçəcəyi təqdirdə "Jelezniçar" (Bosniya və Herseqovina) / "Neftçi" (Azərbaycan) cütünün qalibi ilə üz-üzə gələcək.

İstanbulun digər təmsilçisi "Fənərbağça" Moldova "Zimbru"sunu yensə, "Maribor" (Sloveniya) / "Differdanj" (Lüksemburq) duelinin güclüsü ilə görüşəcək.

"Adana Demirspor" isə Rumıniyanın ÇFR klubunu üstələsə, "Osiyek" (Xorvatiya) / "Zalaegerseq" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.
Geri qayıt