Əsas Səhifə > Maraq > “Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirilib

“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirilib


22-07-2023, 15:30


“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

BrendSport.az
xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Geri qayıt