Əsas Səhifə > Maraq > “Barselona”nın futbolçusu Fransa klubuna keçib

“Barselona”nın futbolçusu Fransa klubuna keçib


22-07-2023, 09:00


İspaniyanın “Barselona” klubunun futbolçusu Samuel Umtiti ölkəsi Fransaya qayıdıb.

BrendSport.az
xəbər verir ki, kataloniyalılarla sözləşməyə xitam verən 30 yaşlı müdafiəçi “Lill” klubuna keçib.

Milli üzvü yeni komandası ilə 2 illik müqaviləni razılaşdırıb. O, “Lill”ə azad agent kimi keçib.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Samuel Umtiti 2016-cı ildə oradan “Barselona”ya keçib.
Geri qayıt