Əsas Səhifə > Maraq > Müəllim olmaq istəyən idmançı
Müəllim olmaq istəyən idmançı30-01-2018, 22:18 |
Xəlil Xəlilov 2006-cı ildə Şamaxı rayonunda anadan olub. 2012-ci ildə Şamaxı şəhər 9 nömrəli orta məktəbə qəbul olunub. Hazırda VI sinifdə oxuyur. Müəllimlərinin və sinif yoldaşlarının dediyinə görə, Xəlil dərslərində olduqca fəaldır. Artıq 3 ildir ki, Şamaxı Olimpiya Mərkəzində Alxas Məmmədovun rəhbərliyi altında taekvando idman növü ilə məşğuldur. Xəlil böyüyəndə müəllim olmaq istəyir. Bu peşəni seçməsində əmisi "Xəzər" televiziyasında prodüsserlərin rəhbəri və "Hədəf" hazırlıq kurslarının Əhmədli filialının sahibi olan Səftər Əlsafanın da böyük rolu olmuşdur. Xəlilin hobbilərindən biri də musiqiyə qulaq asmaqdır. Xəlil həm də taekvondo üzrə dünya çempionu olmaq istəyir. Əliqasım Məmmədov, ADPU-nun I kurs tələbəsi Geri qayıt |