Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ”ın növbəti raunddakı mümkün oyununun vaxtı müəyyənləşib
Çempionlar Liqası: “Qarabağ”ın növbəti raunddakı mümkün oyununun vaxtı müəyyənləşib19-07-2023, 14:00 |
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün oyunun vaxtı müəyyənləşib. BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu “Rakuv”la iyulun 26-da qarşılaşacaq. “Qarabağ” – “Linkoln” cütünün qalibi həmin gün II mərhələnin ilk görüşündə Polşa klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-ə planlaşdırılıb. Qeyd edək ki, “Qarabağ”la “Linkoln” bu gün Bakı Olimpiya Stadionunda I təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. Bu komandalar arasındakı ilk matçda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Geri qayıt |