Əsas Səhifə > Maraq > "Qarabağ"ın legioneri: "Linkoln"la oyunda diqqətli olmasaq, fəsadlarını görəcəyik"
"Qarabağ"ın legioneri: "Linkoln"la oyunda diqqətli olmasaq, fəsadlarını görəcəyik"19-07-2023, 12:30 |
"Evdəki görüş təbii örtüklü stadionda və bir az gec saatlarda gerçəkləşəcək. Bütün bunlara baxmayaraq, diqqətli olmalıyıq. Əks halda fəsadlarını görəcəyik". BrendSport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi səfərdəki qarşılaşmanın onlar üçün asan olmadığını bildirib: "Həmişə mövsümün birinci matçı çətin alınır. Bu dəfə də istisna deyildi. Zaman keçdikcə daha yaxşı olacağıq. İlk görüşün yeri, saatı və ümumi şərait heç də yaxşı deyildi. Süni örtüklü meydança və dözülməz istinin olması rahat şərtlər altında oynamağa maneçilik törətdi. Rəqib ilk hissədə əks-hücuma üstünlük verdi. Bu da özünü doğrultdu və hesabda önə keçə bildilər. Amma ikinci yarıda səbirli və təmkinli davranaraq istəyimizə çatdıq, layiqli qələbə qazandıq". Braziliyalı oyunçu Cəbəllütariqdəki matçın fasiləsində Qurban Qurbanovun onlara verdiyi tapşırıqlar barədə danışıb: "Fasilədə baş məşqçi bizə sadəcə səbirli olmağı tapşırdı. Planlaşdırdığımız oyunu sonadək göstərməyimizi istədi. Düşünürəm ki, bizim də məhz səbirli olmağa ehtiyacımız var idi. Sonadək belə davrandıq və bəhrəsini gördük". Romao "köhlən atlar"ın ötən mövsümdəki bombardirləri Musa Qurbanlı və Ramil Şeydayevin komandanı tərk etməsinə də toxunub: "Bu, itki sayıla bilər. Çünki hər ikisi ən çox qol vuran oyunçularımız idi. Bu, öz təsirini göstərməyə bilməz. Amma heyətdə onları əvəzləyə biləcək futbolçular var. Mövsümün gedişində bu çatışmazlığı çox da hiss etməyəcəyik". Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Linkoln" görüşü saat 20:00-da başlayacaq. Səfərdəki qarşılaşmada Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1. Geri qayıt |