Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək

UEFA Çempionlar Liqası: “Qarabağ” bu gün “Linkoln”la cavab oyununu keçirəcək


19-07-2023, 08:00


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu
Geri qayıt