Əsas Səhifə > Maraq > "Qəbələ"nin sabiq futbolçusu klubundan ayrılıb, "Şaxtyor"a keçir

"Qəbələ"nin sabiq futbolçusu klubundan ayrılıb, "Şaxtyor"a keçir


18-07-2023, 12:30


"Qəbələ"nin sabiq futbolçusu Aleksey Qay məşqçisi olduğu Ukraynanın "Çernomorets" klubu ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Odessa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin Donetsk "Şaxtyor"unda baş məşqçi Patrik van Leyvenin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, Aleksey Qay 2021-ci ildən baş məşqçi Roman Qriqorçukun köməkçisi və analitik kimi işləyib. Sabiq yarımmüdafiəçi 2015/2016 mövsümündə "Qəbələ"nin formasını geyinib. Qriqorçuk isə 2014-2018-ci illərdə əyalət təmsilçisinin sükanı arxasında olub.
Geri qayıt