Əsas Səhifə > Maraq > "Qəbələ" Rusiya klubu ilə heç-heçə edib
"Qəbələ" Rusiya klubu ilə heç-heçə edib15-07-2023, 19:10 |
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ikinci yoxlama oyununu keçirib. BrendSport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gəlib Qarşılaşma 1:1 hesabı ilə bitib. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov fərqlənib. Qeyd edək ki, "qırmızı-qaralar" ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə gerçəkləşəcək. Geri qayıt |