Əsas Səhifə > Maraq > Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb
Ronaldu Ginnesin “Rekordlar” Kitabına düşüb15-07-2023, 08:00 |
Səudiyyə Ərəbistanının “ƏI-Nəsr” və Portuqaliyanın futbol üzrə millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin ən çox qazanan idmançısı kimi Ginnesin “Rekordlar” Kitabına düşüb. BrendSport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Forbes”in məlumatına görə, 38 yaşlı forvard 2022-ci ilin 1 mayından 2023-cü ilin 1 mayına qədər 136 milyon dollar qazanıb. Bu məbləğə əmək haqqı, pul mükafatı, müqavilə mükafatları, sponsorluqlar, həmçinin kommersiya tədbirlərində iştirakdan əldə edilən maliyyə daxildir. Ginnesin “Rekordlar” Kitabında 2022-də argentinalı hücumçu Lionel Messi ilin ən çox qazanan idmançısı seçilib. Onun nəticəsi 130 milyon dollar idi. Geri qayıt |