Əsas Səhifə > Maraq > Xorvatiya millisinin qapıçısı "Fənərbağça"ya keçir

Xorvatiya millisinin qapıçısı "Fənərbağça"ya keçir


15-07-2023, 15:00


Xorvatiya millisinin və "Dinamo" (Zaqreb) klubunun qapıçısı Dominik Livakoviç karyerasını Türkiyədə davam etdirməyə çox yaxındır.

BrendSport.az
xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında bildirib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 28 yaşlı qolkiperlə şəxsi razılıq əldə edib. Zaqreb klubunun da qarşı tərəfin təklifinə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən "Dinamo"da çıxış edir.
Geri qayıt