Əsas Səhifə > Maraq > "Mançester Yunayted"in futbolçusu Premyer Liqanın debütantına keçib

"Mançester Yunayted"in futbolçusu Premyer Liqanın debütantına keçib


14-07-2023, 13:30


İngiltərə Premyer Liqasına vəsiqə qazanmış "Luton Taun" heyətini yeni futbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, debütant "Mançester Yunayted"dən Tahit Çonqla müqavilə imzalayıb.

24 yaşlı vingerin sözləşməsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, Tahit Çonq ötən mövsüm icarə əsasında "Birmingem"in formasını geyinib. 41 oyuna çıxan futbolçu 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt