Əsas Səhifə > Maraq > "Şəhriyar Məmmədyarov britaniyalı Qaveyn Consla qarşılaşacaq"
"Şəhriyar Məmmədyarov britaniyalı Qaveyn Consla qarşılaşacaq"27-01-2018, 13:30 |
Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən və mükafat fondu 2 milyon dollar olan "Tata Steel Chess" superturnirinin 12-ci turu keçiriləcək. Turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu turda britaniyalı rəqibi Qaveyn Consla qarşılaşacaq. Şəhriyar 11-ci turda norveçli dünya çempionu Maqnus Karlsenlə heç-heçə edərək liderlər qrupunda mövqeyini qoruyub. "Tata Steel Chess" Veyk-an-Zee, Hollandiya, 12-ci tur Bakı vaxtı ilə partiyaların başlanma vaxtı 16.30 Hou İfan (Çin) – Vey İ (Çin) Aniş Giri (Hollandiya) – Başkaran Adhiban (Hindistan) Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ) Petr Svidler (Rusiya) – Sergey Karyakin (Rusiya) Maqnus Karlsen (Norveç) – Maksim Matlakov (Rusiya) Qaveyn Cons (Vöyük Britaniya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) Vişvanatan Anand (Hindistan) – Uesli So (ABŞ) Turnir cədvəli: Giri, Məmmədyarov, Karlsen – 7,5, Anand – 7, Kramnik, So, Karyakin –6,5, Svidler – 5, Matlakov, Cons, Vey İ, Karuana – 4,5, Adhiban – 3,5, Hou İfan – 2. Geri qayıt |