Əsas Səhifə > Maraq > "Fənərbağça" "Neftçi" ilə oyundan öncə uduzub, "Srvena Zvezda" turnirin qalibi olub
"Fənərbağça" "Neftçi" ilə oyundan öncə uduzub, "Srvena Zvezda" turnirin qalibi olub12-07-2023, 22:40 |
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Match TV" turnirində növbəti oyun keçirilib. BrendSport.az xəbər verir ki, Türkiyə "Fənərbağça"sı Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Turnirdəki hər 3 matçını qələbə ilə başa vuran "Srvena Zvezda" "Match TV" kubokunun qalibi olub. Qeyd edək ki, "Fənərbağça" turnirdə sonuncu oyununu iyulun 15-də "Neftçi"yə qarşı keçirəcək. Geri qayıt |