Əsas Səhifə > Maraq > "Linkoln"un baş məşqçisi: "Qarabağ" güclüdür, bizə çətinlik yarada bilər"

"Linkoln"un baş məşqçisi: "Qarabağ" güclüdür, bizə çətinlik yarada bilər"


11-07-2023, 16:00


"Rəqibimiz güclüdür. Bizim üçün çətinlik yarada bilər".

BrendSport.az
xəbər verir ki, bunu Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavi Munyoz "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl klubun televiziyasına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis "köhlən atlar"ın bu səviyyədə oynamağa öyrəşdiyini bildirib: "Onlar təcrübəlidirlər. Amma biz də "Linkoln"uq. Ümidliyik və qələbə əzmindəyik. Onlara çətinliklər yaratmağa çalışacağıq".

İspaniyalı baş məşqçi mövsümöncəsi yaxşı təlim-məşq toplanışı keçdiklərini söyləyib: "Komandada bəzi dəyişikliklər oldu. Həm əvvəldən heyətdə olanlar, həm də sonradan qoşulanlar bir-birilərini tanıyırlar. Bu səbəbdən uyğunlaşmaq problemi olmadı. Onların bizimlə birlikdə olmasına görə şadıq".

Munyoz mütəxəssis kimi UEFA Çempionlar Liqasında debüt edəcəyini xatırladıb: "Çox xoşbəxtəm. Mənim üçün böyük şansdır. Çempionlar Liqasında baş məşqçi kimi olmaq ayrıcalıqdır. Çox həyəcanlıyam və matça ümidlə baxıram. Əsas hədəfimiz mümkün qədər irəliyə getməkdir. Çətin olacaq, amma bu, bizim arzumuz və xəyallarımızdır".

Qeyd edək ki, bu gün oynanılacaq “Linkoln” - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.
Geri qayıt