Əsas Səhifə > Maraq > Parabadmintonçumuz Uqandada iki medala sahib olub
Parabadmintonçumuz Uqandada iki medala sahib olub10-07-2023, 16:20 |
Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə kişilərin qoşa yarışında gümüş, şəxsi kateqoriyada isə bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev “Level 3” seriyalı turnirdə şəxsi mübarizədə qrup mərhələsini mütləq nəticə (2 qələbə) ilə başa vuraraq pley-offa yüksəlib. A qrupunda yarışan təmsilçimiz qandalı Sabasi Kunya (21-8,21-5) və hindistanlı Ravi Pala (21-17,22-20) qalib gəlib. Yarımfinalda digər Hindistan təmsilçisi Vanş Upadhyayla qarşılaşan parabadmintonçumuz 3 set davam edən gərgin qarşılaşmada rəqibinə 1:2 (12-21,21-19,14-21) hesabı ilə uduzaraq bürünc medala sahib çıxıb. Kişi parabadmintonçuların qoşa kateqoriyasında hindistanlı Dev Rathi ilə birgə mübarizə aparan idmançımız qrupda İspaniya, Uqanda və Hindistanı təmsil edən rəqiblərinə qalib gələrək pley-offa adlayıb. Qoşa kateqoriyada yarmfinalda Misir parabadmintonçularını mübarizədən kənarlaşdıran İbrahim Əliyev-Dev Rathi tandemi 3 set davam edən final qarşılaşmasında Ravi Pal-Vanş Upadhyay (Hindistan) cütünə 1:2 (21-23,21-10,17-21) hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb. Xatırladaq ki, İ.Əliyev ötən il analoji turnirdə şəxsi yarışda bürünc medal qazanıb. Geri qayıt |