Əsas Səhifə > Maraq > "Barselona" 8 futbolçu ilə yollarını ayırır

"Barselona" 8 futbolçu ilə yollarını ayırır


10-07-2023, 11:00


İspaniyanın "Barselona" klubu yay transfer dönəmində bir neçə futbolçusu ilə yollarını ayırmaq istəyir.

BrendSport.az
xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Mateu Alemani 8 oyunçu ilə vidalaşmağı öhdəsinə götürüb.

Bunlar müdafiəçilər Kleman Lanqle, Serjinyo Dest, Erik Qarsiya, yarımmüdafiəçilər Frank Kessye, Pablo Torre, Niko Qonsales və hücumçular Ferran Torres və Aleks Kolyadodur.

Bunlardan yalnız Pablo Torrenin təcrübə toplamaq üçün icarəyə göndəriləcəyi bildirilib.
Geri qayıt